EN

Azərbaycanın Niderlanddakı səfirliyi Haaqada keçirilən “Səfirliklər festivalı”nda iştirak edib

Azərbaycanın

Azərbaycanın Niderlanddakı səfirliyi Haaqa meriyası tərəfindən təşkil olunan ənənəvi “Səfirliklər festivalı”nda təmsil olunub. Tədbir tarixi Lange Voorhout meydanında “Bir gündə dünyanı kəşf et” devizi altında baş tutub, — AzərTac xəbər verir.Təxminən 60 ölkənin qatıldığı festivalda Azərbaycan pavilyonu təqdim olunan zəngin eksponatlar, ölkənin tarixi, mədəniyyəti və turizm potensialını əks etdirən materiallar sayəsində ən çox ziyarət edilən guşələrdən olub. Qonaqlar milli xalçaları, geyimləri görmək, həmçinin plov, dolma, kabab, qutab və şirniyyatlar kimi Azərbaycan mətbəxinin nümunələrini dadmaq imkanı əldə ediblər.Haaqa meri Yan van Zanən də pavilyona baş çəkib, səfir Məmməd Əhmədzadə ilə söhbət edib və Azərbaycanın zəngin mədəni irsi və qonaqpərvərlik ənənələrinə heyranlığını ifadə edib.Festival çərçivəsində “Qafqaz” rəqs qrupu milli rəqslərlə, o cümlədən “Yallı” ilə çıxış edib. Tamaşaçılar rəqqasları alqışlarla dəstəkləyib və özləri də rəqslərə qoşulublar.Tədbir Azərbaycanın mədəniyyətinin beynəlxalq müstəvidə tanıdılmasının əhəmiyyətini bir daha vurğulayıb və xalqımızın zəngin irsini, yaradıcılıq potensialını nümayiş etdirib.AzərbaycanınUlusum.az

Diqqət Çəkənlər

“Yaşıl içki” ilə incə qal: sadə resept, böyük nəticə

Makron “Rusiya müdaxiləsi” ilə öz böhranını gizlədir — AgoraVox

DİM bu gün əlavə imtahanlar keçirəcək

Chosen
28
ulusum.az

1Sources