EN

Kadırov: Tramp Putinin fanatıdır, sadəcə Putinlə görüşmək danışıqlara can atırdı..

Çeçenistan rəhbəri ABŞ prezidentinin danışıqlar bəhanəsi ilə Putinlə görüçməyə can atdığını bildirib...

Poliqon xəbər verir ki, Çeçenistanın rəhbəri Ramzan Kadırov ABŞ prezidenti Donald Trampın danışıqlar bəhanəsi ilə əslində Rusiya prezidenti Vladimir Putinlə görüşmək istədiyini bildirib. Kadırovun sözlərinə görə, Tramp uzun müddətdir Putinin pərəstişkarıdır.

“Ümumiyyətlə hesab edirəm ki, Tramp uzun müddətdir Vladimir Vladimiroviçin fanatı və pərəstişkarıdır. Hazırda o, dünyanın yeganə tam mənada lideridir. Digər dövlət başçıları onunla görüşməyi arzulayırlar”, deyə Kadırov qeyd edib.

Çeçenistan liderinin sözlərinə görə, Tramp danışıqlar bəhanəsi ilə Rusiyanın prezidentini görmək istəyib və bunu öz vəzifə imkanlarından istifadə edərək həyata keçirib.

Xatırladaq ki, avqust ayında RusiyaABŞ prezidentləri Vladimir Putin və Donald Tramp yeddi ildən sonra ilk tam formatlı görüşlərini keçiriblər. Sammit Alyaskadakı Elmendorf-Richardson hərbi bazasında baş tutub və liderlər “əhəmiyyətli irəliləyiş” əldə etdiklərini açıqlayıblar, lakin heç bir razılaşma imzalanmayıb.

Görüşdə əsas müzakirə mövzuları Ukrayna münaqişəsinin sona çatdırılması, nüvə silahları üzərində nəzarət perspektivləri və ikitərəfli iqtisadi və təhlükəsizlik əlaqələrinin bərpası olub.

Poliqon.info

Chosen
64
poliqon.info

1Sources