EN

Alimlərdən qeyri-adi teleskop layihəsi: Bir ilə həyat üçün yararlı 10-dan çox planet tapa bilər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Alimlər düzbucaqlı güzgünün olduğu qeyri-adi kosmik teleskop layihəsini təklif ediblər. Onlar ümid edirlər ki, yeni konstruksiya mövcud cihazlarla aşkarlanması çətin olan Yerəbənzər planetləri tapmağa kömək edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat frontiersin.org saytında yayımlanıb.
Məqsəd 20 metr uzunluğunda və bir metr enində güzgü yaratmaqdır. Bu forma kosmosa buraxılma prosesini xeyli asanlaşdıracaq. Teleskop daşınmaq üçün qatlana və avtomatik olaraq orbitə yerləşdirilə bilər.
Alimlər ozon və mümkün həyatın digər əlamətlərini aşkar etməyi, həmçinin təxminən 32 işıq ili radiusunda sistemləri hərtərəfli tədqiq etməyi planlaşdırırlar.
Hesablamalara görə, teleskop istismarın ilk ilində yaşamaq üçün yararlı 10-dan çox planet tapa biləcək.
Chosen
44
50
oxu.az

10Sources