EN

Ermitaj muzeyi bomba təhlükəsinə görə bağlandı

Dünyanın ən məşhur muzeylərindən biri olan Ermitaj fövqəladə vəziyyətlə üzləşib.

Musavat.com xəbər verir ki, naməlum şəxs muzeydə bomba yerləşdirildiyini bildirib.

Hazırda xüsusi xidmət orqanları və mütəxəssislər muzeyin ekspozisiya zallarını və xidmət sahələrini yoxlayır. Ziyarətçilərin təhlükəsizliyi üçün bina müvəqqəti bağlanıb.

İlkin məlumatlara görə, hadisə ilə bağlı araşdırma aparılır və muzeyin fəaliyyətinin nə vaxt bərpa olunacağı hələlik açıqlanmayıb.

Musavat.com

Chosen
61
9
musavat.com

10Sources