EN

“Real” futbolçuları Mbappenin komandadakı yeni lider obrazını qəbul ediblər

Madrid “Real”ının futbolçuları Kilian Mbappenin yay tətilindən sonra komandaya tamamilə fərqli ab-havada qayıtdığını bildiriblər.

90deqiqe.Az-ın “Marca”ya istinadən yaydığı məlumata görə, ötən il kluba yeni qoşulan fransız hücumçu bu dəfə həm fiziki hazırlığı, həm də “daxili özünəinamı” ilə seçilib.

Komanda yoldaşları Mbappeni artıq lider kimi qəbul edirlər. Onun məsuliyyəti üzərinə götürməyə hazır olduğu vurğulanır. Xüsusilə hücum xəttindəki tərəfdaşları – Vinisius Junior və Rodriqo Qoes fransız forvardla meydanda əməkdaşlığın vacibliyini qəbul ediblər.

Mənbə yazır ki, Mbappenin mövsümə yüksək formada başlaması diqqətdən yayınmayıb. O, “dünya futbolunun etalonu”na çevrilmiş sürət və gücünü nümayiş etdirir. Bildirilir ki, hücumçu tətilinin bir hissəsini də PSJ-nin müdafiəçisi Əşrəf Hakimi ilə birlikdə əlavə məşqlərə sərf edib.

Chosen
45
90deqiqe.az

1Sources