EN

Messindən sevənlərinə pis xəbər: Həmin an yaxınlaşır

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi karyerasını bitirmək istəmədiyini etiraf edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Argentina millisinin mətbuat xidməti məlumat yayıb.

“Bütün bunların bitməsini istəmirəm, amma anlayıram ki, bu an yaxınlaşır. Nə vaxtsa olacaq. O zamana qədər addım-addım irəli gedəcəyəm, günü-gündən yaşayacağam”, – deyə 38 yaşlı futbolçu deyib.

Qeyd edək ki, sentyabrın 5-də Messi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Venesuela millisinin qapısına iki dəfə qol vurub.  Argentina 3:0 hesabı ilə qalib gəlib.

Futbolçu daha əvvəl forvard komandasının artıq vəsiqə qazandığı 2026-cı il dünya çempionatında oynamayacağını açıqlamışdı.

Xatırladaq ki, Messi 8 dəfə “Qızıl top”un qalibi olub. Onun futbolçu karyerası 2003-cü ildən davam edir.

Safura Bənnayeva

Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
98
globalinfo.az

1Sources