"Football-plus.az" xəbər verir ki, Frits üzərində ardıcıl 11-ci qələbəsini qazanan Cokoviç, ümumiyyətlə, “US Open” çərçivəsində heç vaxt ABŞ təmsilçilərinə uduzmayıb – 16 oyun, 16 qələbə!
Karyerasında 53-cü dəfə “Böyük dəbilqə” turnirlərində yarımfinala çıxan Novak Karlos Alkarasla oyun ərəfəsində belə dedi:
“Yannik Sinnerlə Karlos Alkarasın dünyanın iki ən yaxşı oyunçusu olduğunu bilirik. Yəqin ki, hər kəs məhz onlar arasındakı finalı gözləyir. Adamların əksərinin planlarını pozmağa çalışacam”.
Artıq qadınların turnirində finalçılar bəllidi. Həlledici oyunda Arina Sobolenko ilə Amanda Anisimova qarşılaşacaq. Kişilərdə yarımfinal cütləri: Alkaras (İspaniya, 2) – Cokoviç (Serbiya, 7), Sinner (İtaliya, 1) - Oje-Alyassim (Kanada, 25). Qəzet çapa gedənə qədər bu cütlərdə oyun davam edirdi. Kişilər
1/8 final
Sinner (İtaliya, 1) - Bublik (Qazaxıstan, 23) 6:1, 6:1, 6:1
1/4 final
Alkaras (İspaniya, 2) – Leqeçka (Çexiya, 20) 6:4, 6:2, 6:4
Cokoviç (Serbiya, 7) - Frits (ABŞ, 4) 6:3, 7:5, 3:6, 6:4
Oje-Alyassim (Kanada, 25) - De Minaur (Avstraliya, 8) 4:6, 7:6 (9:7), 7:5, 7:6 (7:4)
Sinner (İtaliya, 1) – Muzetti (İtaliya, 10) 6:1, 6:4, 6:2
Qadınlar
1/8 final
Anisimova (ABŞ, 8) - Haddad Mayya (Braziliya, 18) 6:0, 6:3
1/4 final
Pequla (ABŞ, 4) – Kreyçikova (Çexiya) 6:3, 6:3
Sobolenko (Belarus, 1) - Vondrouşova (Çexiya) imtina
Anisimova (ABŞ, 8) - Sventek (Polşa, 2) 6:4, 6:3
Osaka (Yaponiya, 23) - Muxova (Çexiya, 11) 6:4, 7:6 (7:3)
yarımfinal
Sobolenko (Belarus, 1) - Pequla (ABŞ, 4) 4:6, 6:3, 6:4
Anisimova (ABŞ, 8) - Osaka (Yaponiya, 23) 6:7 (4:7), 7:6 (7:3), 6:3