AZ

Sobolenko ilə Anisimova qalibi müəyyənləşdirəcək

Footbal-plus portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ Açıq Çempionatında mübarizə həlledici mərhələyə qədəm qoyub. Novak Çokoviç 1/4 finalda Teylor Fritsi məğlub etdi. Əslində bu nəticə heç kimi təəccübləndirmədi. Axı bu tennisçilər arasında indiyə qədər keçirilən 10 oyunun hamısından serbiyalı ulduz qalib ayrılmışdı. "Football-plus.az" xəbər verir ki, Frits üzərində ardıcıl 11-ci qələbəsini qazanan Cokoviç, ümumiyyətlə, “US Open” çərçivəsində heç vaxt ABŞ təmsilçilərinə uduzmayıb – 16 oyun, 16 qələbə! Karyerasında 53-cü dəfə “Böyük dəbilqə” turnirlərində yarımfinala çıxan Novak Karlos Alkarasla oyun ərəfəsində belə dedi:

“Yannik Sinnerlə Karlos Alkarasın dünyanın iki ən yaxşı oyunçusu olduğunu bilirik. Yəqin ki, hər kəs məhz onlar arasındakı finalı gözləyir. Adamların əksərinin planlarını pozmağa çalışacam”.

Artıq qadınların turnirində finalçılar bəllidi. Həlledici oyunda Arina Sobolenko ilə Amanda Anisimova qarşılaşacaq. Kişilərdə yarımfinal cütləri: Alkaras (İspaniya, 2) – Cokoviç (Serbiya, 7), Sinner (İtaliya, 1) - Oje-Alyassim (Kanada, 25). Qəzet çapa gedənə qədər bu cütlərdə oyun davam edirdi. Kişilər1/8 finalSinner (İtaliya, 1) - Bublik (Qazaxıstan, 23) 6:1, 6:1, 6:11/4 finalAlkaras (İspaniya, 2) – Leqeçka (Çexiya, 20) 6:4, 6:2, 6:4Cokoviç (Serbiya, 7) - Frits (ABŞ, 4) 6:3, 7:5, 3:6, 6:4Oje-Alyassim (Kanada, 25) - De Minaur (Avstraliya, 8) 4:6, 7:6 (9:7), 7:5, 7:6 (7:4)Sinner (İtaliya, 1) – Muzetti (İtaliya, 10) 6:1, 6:4, 6:2Qadınlar1/8 finalAnisimova (ABŞ, 8) - Haddad Mayya (Braziliya, 18) 6:0, 6:31/4 finalPequla (ABŞ, 4) – Kreyçikova (Çexiya) 6:3, 6:3Sobolenko (Belarus, 1) - Vondrouşova (Çexiya) imtinaAnisimova (ABŞ, 8) - Sventek (Polşa, 2) 6:4, 6:3Osaka (Yaponiya, 23) - Muxova (Çexiya, 11) 6:4, 7:6 (7:3)yarımfinalSobolenko (Belarus, 1) - Pequla (ABŞ, 4) 4:6, 6:3, 6:4Anisimova (ABŞ, 8) - Osaka (Yaponiya, 23) 6:7 (4:7), 7:6 (7:3), 6:3

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
65
1
icma.az

2Mənbələr