EN

Çin "Yaogan-40" peyklərini orbitə çıxarıb

Yazını böyüt
Yazını kiçilt

Çin “Yaogan-40” uzaqdan zondlama peyklərinin üçüncü qrupunu orbitə çıxarıb.

Bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) xəbər verib.

Bildirilib ki, buraxılış uğurla baş tutub.

CASC-nin WeChat səhifəsi qeyd edib ki, buraxılış Pekin vaxtı ilə saat 00:34-də (Şənbə günü Bakı vaxtı ilə saat 20:34-də) Şansi əyalətinin şimalındakı Tayyuan Peyk buraxılış Mərkəzindən baş verib. Kosmik aparatlar orbitə CZ-6A (Changzheng-6-ae) raketi ilə çatdırılıb.

"Yaogan-40" peyklərinin elektromaqnit mühitinin öyrənilməsi və bununla bağlı təcrübələrin aparılması üçün istifadə olunduğu bildirilib. trend

Chosen
35
6
hafta.az

9Sources