EN

Trampdan hərbi mövzulu satirik paylaşım: “Səhərlər deportasiya qoxusunu sevirəm”

ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial platformasında hərbi temalı vizual satira paylaşaraq geniş müzakirələrə səbəb olub.

Publika.az xəbər verir ki, Tramp paylaşımda Vyetnam müharibəsi dövründə Amerika tank qoşunlarının komandiri kimi təsvir olunub. Onun çarpaz qılınclı qara papağı hərbi ənənələrin və igidliyin simvolu olmaqla yanaşı, “Apokalipsis indi” filmindən birbaşa istinaddır.

Filmdəki məşhur səhnədə polkovnik Kilqor deyir: “Səhərlər barıtın qoxusunu sevirəm.”

Tramp bu ifadəni “Səhərlər deportasiyaların qoxusunu sevirəm” şəklində dəyişərək paylaşımına daxil edib.

Chosen
30
publika.az

1Sources