EN

Polşaya naməlum obyekt DÜŞDÜ

Polşanın şərqindəki Maydan-Seleç kəndi yaxınlığında pilotsuz təyyarə olduğu güman olunan naməlum obyekt düşüb.

Redaktor.az bu barədə "Reuters"ə istinadla xəbər verir.

Obyektin yaşayış binalarından 500 m aralıda uçduğu bildirilir. Hadisə yerinə polis və təcili xidmət əməkdaşları cəlb olunub.

Qeyd edək ki, Maydan-Seleç Tomaşuv-Lubelski şəhərinin şimalında 200 nəfərdən çox əhalisi olan kənddir.

Avqustun sonunda Polşa Xarici İşlər Nazirliyi ölkənin şərqində pilotsuz təyyarənin qəzaya uğraması ilə bağlı Rusiya Federasiyasına etiraz notası göndərib. Ölkə hakimiyyətinin fikrincə, respublikada qəzaya uğrayan və partlayan obyekt Rusiyaya məxsus pilotsuz uçuş aparatıdır və hadisə Moskvanın təxribatıdır. Respublikanın Müdafiə Nazirliyi qarşılıqlı diplomatik addımlar atacağına söz verib.

Chosen
29
8
redaktor.az

8Sources