AZ

Polşa prezidenti Almaniyadan İkinci  Dünya müharibəsi ilə bağlı təzminat tələb edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Almaniya Polşaya nasist işğalı illərində dəymiş ziyana görə təzminat ödəməyə borcludur, bunsuz iki ölkə arasında həqiqi mehriban qonşuluq münasibətləri qurmaq mümkün olmayacaq".
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri Polşa Prezidenti Karol Navrotski İkinci Dünya müharibəsinin başlanmasının ildönümü günü, Qdanskda Vesterplatte memorialında deyib.
"Qərb qonşumuzla həqiqət və mehriban qonşuluq əsasında münasibətlər qura bilmək üçün biz təzminat məsələsini nəhayət həll etməliyik, hansı ki, mən Polşa Respublikasının prezidenti kimi ümumi rifahımız üçün qeyd-şərtsiz tələb edirəm", - deyə o bildirib.
"Təzminatlar tarixi amneziyaya alternativ olmayacaq, lakin Polşaya cəbhəyanı dövlət kimi ədalət, həqiqət və Almaniya ilə şəffaf münasibətlər lazımdır, onun həmçinin Almaniya dövlətindən təzminatlara da ehtiyacı var", - deyə Karol Navrotski əlavə edib.
Qeyd edək ki, Varşava "Qanun və ədalət" partiyasının idarəçiliyi illərində (2015-2023) Almaniyaya İkinci Dünya müharibəsi zamanı dəymiş ziyana görə kompensasiya (zəmanət) ödənilməsi məsələsini qaldırmışdı. 2022-ci il sentyabrın 1-də 1939-1945-ci illərdə nasist Almaniyasının hücumu və işğalı nəticəsində Polşanın verdiyi itkilərlə bağlı üç cildlik hesabat təqdim edilmişdi. Elan edilmiş yekun məbləğ 6.2 trilyon zlot (təxminən 1.5 trilyon dollar) təşkil etmişdi. Almaniya hökuməti dəfələrlə hər hansı ödəniş üçün səbəb görmədiklərini, çünki Polşanın 1953-cü ildə təzminatlardan rəsmən imtina etdiyini bildirmişdi. Donald Tuskun rəhbərlik etdiyi yeni Polşa hökuməti bəyan edilmiş məbləğdə təzminatlardan imtina edərək, Almaniya tərəfinə dəymiş ziyanı kompensasiya etmək üçün "kreativ (yaradıcı) həll yolu" tapmağı təklif etmişdi.
Seçilən
74
8
oxu.az

9Mənbələr