EN

Estoniya Ukraynaya görə Polşaya hərbi təlimatçılar göndərib

BAKI, 7 sentyabr. TELEQRAF

Estoniya Ukrayna əsgərlərinə təlim keçmək üçün Polşaya əsgəri və ehtiyatda olan təlimatçılardan ibarət bölmə göndərib.

Teleqraf xəbər verir ki, bu barədə Estoniyanın ERR dövlət televiziyasının portalı məlumat yayıb.

Bildirilib ki, 10 nəfərə qədər olan bölmənin göndərilməsi Ukrayna əsgərlərinin “ilkin hərbi hazırlığının təkmilləşdirilməsinə” yönəlmiş “Legio” proqramı çərçivəsində baş tutub.

Qeyd olunub ki, Ukraynada silahlı münaqişə başlayandan estoniyalı təlimatçılar 2000-dən çox Ukrayna əsgərinə təlim keçiblər.

Chosen
85
teleqraf.com

1Sources