Bakı, 6 sentyabr, AZƏRTAC
“AirBadminton” üzrə Avropa çempionatında komanda yarışına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Avropa Oyunları Parkında keçirilən final qarşılaşmasında Azərbaycan və Almaniya milliləri qarşılaşıblar. Rəqibinə 49:60 hesabı ilə məğlub olan yığmamız Avropa çempionatında ikinci olub.