EN

Qazaxda iki maşın toqquşdu, 3 nəfər yaralandı

Qazaxda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Çaylı-Xanlıqlar yolunda qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı maşın digər avtomobillə toqquşub.

Qəza zamanı 1993-cü il təvəllüdlü N.Bayramov, 1989-cu il təvəllüdlü S.Sabirzadə və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onların vəziyyətinin ağır olduğu  bildirilir. Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Chosen
106
32
unikal.az

10Sources