AZ

“Baksol yolu”nun kənarında açıq sahədə yanğın başlayıb

Binəqədi rayonunda yanğın olub.Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, “Baksol yolu” deyilən ərazidə açıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Seçilən
16
10
sia.az

10Mənbələr