EN

Musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul imtahanlarının nəticələri elan olunub

2025/2026-cı tədris ili üzrə musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul imtahanlarının nəticələri məlum olub.

XQ xəbər verir ki, Mədəniyyət nazirliyin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə I və VIII siniflər üzrə şagird qəbul imtahanlarının ixtisas və məktəb seçimi mərhələsinin nəticələri açıqlanıb.

Namizədlər nəticələrlə exam.culture.az portalı vasitəsilə tanış ola bilərlər. Nəticələr elan olunduğu tarixdən etibarən 5 (beş) gün ərzində namizədlər "MyCulture" şəxsi kabineti üzərindən tələb olunan sənədləri qəbulu təsdiqləmək məqsədilə sistemə yükləməlidirlər. 

Qeyd edək ki, məktəb və ixtisas seçimi apellyasiya prosesi yekunlaşdıqdan sonra “MyCulture” şəxsi kabineti üzərindən aparılacaq.

Nurəngiz Adilqızı
XQ

Chosen
2
25
xalqqazeti.az

10Sources