2025/2026-cı tədris ili üzrə qəbul imtahanlarının nəticələri elan olunub.
News24.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə I və VIII siniflər üzrə şagird qəbul imtahanlarının ixtisas və məktəb seçimi mərhələsinin nəticələri açıqlanıb.
Namizədlər nəticələrlə qeydiyyat etdikləri "MyCulture" vahid şəxsi kabineti vasitəsilə tanış ola bilərlər.
Nəticələr elan olunduğu tarixdən etibarən 5 (beş) gün ərzində namizədlər “MyCulture” şəxsi kabineti üzərindən tələb olunan sənədləri qəbulu təsdiqləmək məqsədilə sistemə yükləməlidirlər.
️Yeni təhsil ilində bütün şagird və müəllimlərimizə uğurlar arzulayırıq.