Rumıniyalı mütəxəssis Mirça Luçesku milli komandanın məşqçiləri arasında yeni rekord müəyyənləşdirib.

Offsideplus.az xəbər verir ki, o, komandalar tarixində ən yaşlı baş məşqçi olub.

Mütəxəssis ötən gecə Kanada yığmasına qarşı keçirilən yoldaşlıq oyununda komandasını 80 yaş 1 ay 7 günlüyündə meydana çıxarıb.

Luçesku 1997-ci ildə Uruqvay millisinə rəhbərlik etmiş Roke Maspoliyə məxsus milli komanda məşqçiləri arasında yaş rekordunu qırıb. Maspoli 1997-ci ildə Uruqvay millisini çalışdırarkən 80 yaş 1 ay və 4 günlüyündə olub. 

Qeyd edək ki, Buxarestdə baş tutan Rumıniya - Kanada görüşü qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.