AZ

Mirça Luçesku futbol tarixində millidə çalışan ən yaşlı baş məşqçi olub

Rumıniyalı mütəxəssis Mirça Luçesku futbol tarixində millidə çalışan ən yaşlı baş məşqçi olub.

“İki sahil” xəbər verir ki, bu ötən gün paytaxt Buxarestdə keçirilən Kanada ilə yoldaşlıq matçında qeydə alınıb.

Oyun zamanı məşqçi 80 yaş 1 ay və 7 günlüyündə olub.

Beləliklə M.Luçesku millidə çalışan ən yaşlı baş məşqçi ünvanına sahib çıxıb. Əvvəlki rekord uruqvaylı Roke Maspoliyə məxsus idi. O, 1997-ci ildə Uruqvay millisini çalışdırarkən 80 yaş 1 ay və 4 günlüyündə olub. 

Qeyd edək ki, Rumıniya - Kanada görüşü qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. 

Seçilən
0
1
ikisahil.az

5Mənbələr