EN

Zədələnmiş sümüklərin sürətli bərpasına imkan verən cihaz yaradılıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Cənubi Koreya və ABŞ tədqiqatçıları sümüklərin zədələnmiş hissələrini birbaşa xəstənin bədəni daxilində "çap" etməyə imkan verən cihaz yaradıblar.
Oxu.Az xəbər verir ki, bu texnologiya ilk olaraq dovşanlar üzərində sınaqdan keçirilib və nəticələri "Device" elmi jurnalında təqdim olunub.
Məlumata görə, alimlər davamlı polimer materialların kompozitindən və sümük toxumasının mineral hissəsinin sintetik analoqundan istifadə etməklə xəstənin daxilində zədəli sümük hissələrini əvəz etmək üçün yenilərini çap edəcəklər.
Bildirilir ki, yeni cihaz 3D çap sisteminin analoqudur, lakin çox yığcam ölçülərə malikdir. Onun işini əllə idarə etmək olar ki, bu da cərrahlara əməliyyatlar zamanı çapın istiqamətini, bucağını və dərinliyini çevik şəkildə tənzimləməyə imkan verir. Bu prosedur bir neçə dəqiqə ərzində həyata keçirilə bilər və ilkin hazırlıq tələb etmir.
Chosen
21
4
oxu.az

10Sources