EN

Quql 2,95 milyard avro cərimələndi

Avropa Komissiyası (AK) Quql korporasiyasına AB-nin reklam bazarında yol verdiyi sui-istifadələrə görə 2,95 milyard avro məbləğində cərimə edib.

Sitat.info xəbər verir ki, bu barədə AK-nin bəyanatında deyilir.

“Komissiya Quqlun mal və xidmətlərin təşviqi sahəsində Avropa rəqəmsal bazarında dominant mövqeyindən sistemli şəkildə sui-istifadə etməsi ilə əlaqədar 2,95 milyard avro məbləğində cərimə tətbiq etmək qərarına gəlib”, - məlumatda deyilir.

Qeyd edək ki, Quql ilə bağlı təhqiqat 2023-cü ildən davam edir.

Chosen
7
3
sitat.info

5Sources