EN

Bakıda sahibsiz heyvanlar üçün fəaliyyətə başlayacaq mərkəzlə bağlı YENİLİK

ain.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Bakı şəhərinin Sabunçu rayonunda yerləşən "Sahibsiz Heyvanlara Qayğı Mərkəzi" publik hüquqi şəxs təsərrüfat mallarının satın alınması ilə bağlı tender elan edib.

BAKU.WS-in əldə etdiyi məlumatına görə, layihənin ehtimal olunan dəyəri 153 min manat təşkil edir.

Tender çərçivəsində bir çox avadanlıqlar və digər təsərrüfat mallarının alınması nəzərdə tutulur.

Bu alışların məqsədi mərkəzin daha səmərəli fəaliyyəti üçün infrastrukturun və texniki təminatın gücləndirilməsi ilə bağlıdır. Mərkəzin sahibsiz heyvanların qayğı və müdafiəsi sahəsində mühüm rol oynayacağı gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
119
1
baku.ws

2Sources