Bakı. Trend:
Astarada kütləvi zəhərlənmə olub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dənbildirilib.
"05.09.2025-ci il tarixində saat 11:00 radələrindən etibarənmüxtəlif qastrointestinal şikayətlərlə 8-i uşaq olmaqla, ümumilikdə15 nəfər (9-u qadın, 6-sı kişi cinsli) Astara Rayon MərkəziXəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiyaolunub.
Onlara zəruri tibbi xidmət göstərilib.
Müalicələri Yoluxucu xəstəliklər şöbəsində davam etdirilənpasiyentlərdən 13-nün vəziyyəti qənaətbəxş, 2-nin vəziyyəti isənisbi ağır qiymətləndirilir", - məlumatda deyilir.