EN

“Qurtuluş-93″də sakinləri narahat edən TƏHLÜKƏ: Binanın daşıyıcı divarları sökülüb – İDDİA

Abşeron rayonunun Masazır kəndində yerləşən “Qurtuluş-93” yaşayış kompleksində ciddi təhlükə yaradan fakt aşkarlandığı iddia olunub.

NOCOMMENT.az bildirir ki, Oxu.Az-a daxil olan müraciətdə kompleksin 96 və 98-ci binalarının zirzəmilərində fəaliyyət göstərəcək iaşə obyektləri üçün binaların daşıyıcı konstruksiyalarına müdaxilə edildiyi iddia olunub.

“Bu binalar 15-20 ilin binalarıdır. Həmişə zirzəmiləri olub. İndi isə obyekt sahibləri binaların zirzəmilərindən qazanc əldə etmək üçün binanın dayaqları və əsas aparıcı sütunlarını sökərək onların yerinə plastik materialdan hazırlanan boydan-boya pəncərə yerləşdiriblər. Bu özbaşına dəyişiklik nəticəsində beşmərtəbəli bina qəzalı vəziyyətə düşüb. Aidiyyəti qurumlara müraciət etsək də, heç kim bu qanunsuzluğa məhəl qoymur”, – deyə iddiada bildirilir.

Məsələ ilə bağlı “Qurtuluş 93” yaşayış kompleksinin satış mütəxəssisi Həşim Həsənov Oxu.Az-a açıqlamasında səsləndirilən fikirlərin əsassız olduğunu bildirdi.

“Yəqin ki, heç bir insan binanın daşıyıcı divarının sökülməsi iddiasına inanmaz. O divarlar sökülsə, bina necə uçmadan qala bilər? Kim bu riskin altına girər? Orada qurulan obyektlərin bütün sənədləri, çıxarışları var. Onlar qeyri-yaşayış sahəsi kimi qeydiyyatdan keçib. Bununla bağlı da müvafiq sənədlər var. İddia olunan pəncərələr qoyulan yerə gəlincə, həmin hissə heç bir daşıyıcı rol oynamır. Sadəcə, kərpicdən olan arakəsmələrdir, o kərpiclərin heç bir daşıyıcı rolu yoxdur. Obyektə giriş üçün o kərpiclər götürülüb və yerinə qapı qoyulub. Yəqin, razılaşarsınız ki, obyektə giriş üçün haradansa bir giriş mütləq olmalıdır”, – deyə H.Həsənov bildirib.

Chosen
41
4
nocomment.az

5Sources