EN

Xalası tərəfindən döyülən uşaqla bağlı MÜHÜM XƏBƏR

Qəyyumu tərəfindən zorakılığa məruz qaldığı iddia edilən uşaqla bağlı məlumat daxil olduğu andan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb edilib.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Agentlikdən məlumat verilib.

Bildirilib ki, uşaq aidiyyəti qurumlarla koordinasiyalı şəkildə əvvəlcə səhiyyə müəssisəsinə yerləşdirilib. Müayinə və qiymətləndirmə prosedurları başa çatdıqdan sonra isə o, Agentliyin müvafiq sosial xidmət müəssisəsinə köçürülüb.

Məlumata görə, burada uşağa sosial-məişət, sosial-hüquqi, sosial-psixoloji, sosial-pedaqoji və digər zəruri xidmətlər Agentliyin mütəxəssisləri tərəfindən göstəriləcək.

Aqil Qarayev

Chosen
141
1
news24.az

10Sources