UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”la eyni qrupda yer alan “Benfika” heyətində dəyişiklik edib.
İdmanxeber.az xəbər verir ki, Lissabon klubu hücumameyilli yarımmüdafiəçi Uqo Felişlə müqaviləyə xitam verib. Portuqaliya U-21 millisinin üzvü karyerasını “Tondela”da davam etdirəcək.
Xatırladaq ki, “Qarabağ” Çempionlar Liqasının ilk turunda səfərdə “Benfika” ilə qarşılaşacaq. Görüş 16 sentyabrda keçiriləcək.