EN

Tahir Gözəl: “Onlarla oynamaq bizim üçün böyük hadisədir”

BAKI, 5 sentyabr. TELEQRAF

“Qarabağ”ın qarşısındakı əsas hədəf Azərbaycanı qürurlandırmaqdır”.

Bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl deyib.
Klub rəsmisi UEFA Çempionlar Liqasının Liqamərhələsində Ağdam təmsilçisinin qarşısına qoyulan hədəflərini açıqlayıb: “Böyük komandalarla oynayacağıq. Portuqaliyada “Benfika”ya qarşı oynayacağıq. Orada oynamaq mənə ləzzət edir, çünki futbol ölkəsidir. “Napoli” İtaliyanın böyük klubudur. Onlarla oynamaq bizim üçün böyük hadisədir, hətta futnol bayramıdır.“Kopenhagen”lə oyundan yaxşı nəticə gözləyirəm. Əvvəl oynasaq belə komandalar əvvəlki kimi deyil. Nəhəng klubların çıxış etdiyi qitənin ən nəhəng turniridir. Klubun elə oyunları olub ki, komanda uduzsa da xalq onu alqışlayıb. Çempionlar Liqasının Liqa mərhələsindəki oyunlarında da komandamın yaxşı nəticələr qazanacağına inanıram. Dünyada bəzi klub rəhbərləri ancaq biznesmen olurlar. Amma mən nə qədər şəxsi işlərim olsa da, çalışıram. Çalışıb, döyüşüb gözəl nəticələrlə xalqımızı sevindirmək istəyirik”.

Chosen
58
teleqraf.com

1Sources