EN

Analara verilən süd pulu ilə bağlı MÜHÜM MƏLUMAT: Müavinəti bu cür ala bilərsiniz KONKRET

ain.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

“2025-ci il iyunun 1-dən etibarən analara verilən süd pulu birdəfəlik müavinət kimi 600 manat müəyyən edilib”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında hüquqşünas Tağı Hüseynov səsləndirib.

“Süd pulunu almaq prosesi ananın işləyib-işləməməsindən asılı olaraq dəyişir:

Ana işləyirsə, müavinatı onun işlədiyi müəssisə ödəyir;

Ana işləmirsə, yəni evdar qadındırsa, vəsait Azərbaycan Respublikasının Sosial Müdafiə Fondu tərəfindən ödənilir”.

Hüquqşünas qeyd edib ki, bəzi hallarda müavinətin verilməsi ilə bağlı problemlər yarana bilər.

“Belə olduqda vətəndaşın məhkəməyə müraciət etmək hüququ var. Məhkəmə xərcləri və vəkilə ödənilən məbləğ çox olduğu üçün, bu, əksər hallarda vətəndaş üçün sərfəli sayılmır”.

Aynurə İsmayıl

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
32
1
konkret.az

2Sources