EN

Azercell-in dəstəklədiyi gənclərdən növbəti beynəlxalq uğur

Bakı. Trend:

29 avqust – 4 sentyabr 2025-ci il tarixlərində BolqarıstanRespublikasının Şumen şəhərində keçirilən 9-cu YeniyetmələrinAvropa İnformatika Olimpiadasında (EJOI) azərbaycanlı məktəbliləruğurlu nəticələr əldə ediblər. Bakı şəhəri Akademik Zərifə Əliyevaadına liseyin 9-cu sinif şagirdi Fateh Əhmədzadə, Bakı şəhəriFizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin 9-cu sinifşagirdi Əkbər Əhmədov və Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin9-cu sinif şagirdi Ömər Əliməmmədzadə bürünc medala layiqgörülüblər.

24 ölkədən 100-ə yaxın məktəblinin iştirak etdiyi əsas yarış ikigün davam edib. Hər gün iştirakçılara dörd saat ərzində həlletmələri üçün üç tapşırıq təqdim olunub. Məktəblilərin C++proqramlaşdırma dilində təqdim etdikləri həllərinqiymətləndirilməsi 100 ballıq sistem üzrə aparılıb.

Qeyd edək ki, Azercell Telekom, Elm və Təhsil Nazirliyi vəTəhsil İnstitutu ilə əməkdaşlıq çərçivəsində 2017-ci ildən etibarənməktəblilərin beynəlxalq informatika və proqramlaşdırmaolimpiadalarına hazırlıq prosesinə dəstək verir. Bu müddət ərzindəməktəblilərimiz Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında 4gümüş, 11 bürünc medal, ümumilikdə isə 6 qızıl, 32 gümüş və 66bürünc olmaqla 104 medal qazanıblar.

Chosen
24
16
az.trend.az

10Sources