EN

"Fənər"in futbolçusu Kipr klubuna keçə bilər

"Fənərbaxça"nın heyətdə düşünmədiyi Onyen Mimoviç karyerasını Kiprdə davam etdirə bilər.

Apasport.az xəbər verir ki, bu mövsüm UEFA Çempionlar Liqasında mübarizə aparacaq "Pafos" sağ cinah müdafiəçisinin xidmətində maraqlıdır.

Bu barədə yerli mətbuat məlumat yayıb.

İddialara görə, komanda 21 yaşlı futbolçunu bir illik icarəyə götürmək niyyətindədir. İstanbul klubu və oyunçunun özü də bu keçidə müsbət yanaşır.

Qeyd edək ki, "Fənər" Mimoviçi bu ilin yanvar ayında "Srvena Zvezda"dan 6,7 milyon avro qarşılığında heyətinə qatmışdı.

Mitroviç Qətər yolunda

"Everton"un futbolçusu millimizlə matçı buraxacaq

Levandovski 100 milyon avroluq təklifi rədd edib

George Hacinin oğlu Super Liqada - RƏSMİ

Yaponiya millisinin üzvü "Milan"ın radarında

Chosen
95
apasport.az

1Sources