EN

Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanmasında Rusiya da iştirak edib – KİV


Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlüyünün bloklanması təkcə Hindistanın təşəbbüsü ilə olmayıb, Rusiya da bu prosesdə yaxından iştirak edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə APA-ya diplomatik mənbələrdən məlumat daxil olub.
Bildirilir ki, bu prosesdə əsas rolu isə Rusiya Xarici İşlər Nazirliyi oynayıb.
“Mənbənin sözlərinə görə, Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanması məsələsi Rusiya və Hindistan arasında siyasi məsləhətləşmələrdə müzakirə olunub, müvafiq razılığa gəlinib. Sadəcə, Rusiya prosesdə Hindistanı qabağa verib, özü arxa planda dayanıb.
Mənbə onu da deyir ki, Rusiyanın bu hərəkəti həm də Çinə qarşı hörmətsizlik kimi qəbul olunmalıdır.
Chosen
34
42
yeniavaz.com

10Sources