EN

Yığmamız Portuqaliya ilə üz-üzə

21 yaşadək futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv Barseluş şəhərində Portuqaliyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Avropa çempionatı, seçmə mərhələ
5 sentyabr
Portuqaliya (U-21) - Azərbaycan (U-21)
Baş hakim: Konstantinos Fellas (Cənubi Kipr)
Barseluş şəhər stadionu. Saat 22.30.

Qeyd edək ki, U-21 növbəti matçını sentyabrın 9-da Bakıda Bolqarıstan yığmasına qarşı keçirəcək.

Chosen
26
1
football-plus.az

2Sources