EN

Putin: “Ukraynada yerləşdiriləcək xarici hərbi qüvvələr...”

Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, Ukrayna ərazisində yerləşdiriləcək hər hansı xarici hərbi qüvvə legitim hədəf kimi qəbul ediləcək.

"Cebheinfo.az" xəbər verir ki, Putin bu fikirləri Vladivostokda keçirilən Şərq İqtisadi Forumu çərçivəsində çıxışı zamanı səsləndirib.Putin bildirib ki, Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünə qarşı olmadıqlarını, bunu qanuni bir seçim kimi dəyərləndirdiklərini qeyd edib, lakin NATO üzvlüyünə Rusiyanın təhlükəsizliyi baxımından qarşı olduqlarını vurğulayıb.

Putin Ukrayna tərəfi ilə danışıqlara hazır olduqlarını bir daha xatırladaraq, “Moskva görüş üçün ən yaxşı yerdir. Təhlükəsizliklərini yüz faiz təmin edirik. Əgər görüş üçün başqa yerə çağırırlarsa, biz bunu həddindən artıq tələb kimi qiymətləndiririk” deyib.

O, yaxın vaxta qədər Ukraynanın Rusiya ilə təmasları rədd etdiyini, indi isə təmaslar üçün müraciət etdiyini söyləyib.Putin Ukraynadakı məhkəmə sisteminin çökmüş vəziyyətdə olduğunu irəli sürərək, “Kiyevin danışıqlar aparmaq üçün siyasi iradəyə sahib olacağını düşünmürəm. 

Olsa belə hüquqi və texniki çətinliklər mövcuddur. Ukrayna Konstitusiyasına görə, ərazi razılaşmalarının referendumla təsdiqlənməsi tələb olunur, amma bunun üçün hərbi vəziyyətin ləğv edilməsi lazımdır” deyə bildirib. Ukraynada təhlükəsizlik zəmanətləri çərçivəsində yerləşdirilə biləcək xarici hərbi qüvvələrə toxunan Putin deyib:

“Bu, Ukraynanın NATO-ya çəkilməsinin əsas səbəblərindən biridir. Buna görə də xüsusilə indi hərbi qarşıdurmalar gedərkən orada hər hansı qüvvə yerləşdirilərsə, onların legitim hədəf olacağını qəbul edirik”.

Putin sülh razılaşması əldə olunacağı təqdirdə Rusiyanın razılaşdırılmış şərtlərə tam şəkildə əməl edəcəyini bildirərək, “Uzunmüddətli sülhə aparacaq həllərə nail olunarsa, o zaman Ukrayna torpaqlarında xarici hərbçilərin mövcudluğuna ehtiyac qalmayacaq.Həm Rusiya, həm də Ukrayna üçün həll olunmalı təhlükəsizlik zəmanətlərinə hörmətlə yanaşacağıq” ifadələrini işlədib.

Chosen
115
cebheinfo.az

1Sources