Azərbaycan Cüdo Federasiyası rəhbərliyi 14 ildir, cüdo idman növü ilə məşğul olan və Azərbaycanı beynəlxalq yarışlarda təmsil edən Musa Hüseynlini işdən çıxarıb.
Mia.az-ın məlumatına əsasən, bu barədə Pravda.az-a danışan idmançı bildirib ki, o, dünya oyunlarında üçüncü yerə çıxıb və hər ay 300 manat maaş alıb, lakin bu maaş onun yaşayışını təmin etməyib.