EN

ABŞ-də FED-in İdarə Heyəti üzvü ilə bağlı araşdırma başlanıldı

BAKI, 5 sentyabr. TELEQRAF

ABŞ-nin Ədliyyə Nazirliyi Federal Ehtiyat Sisteminin (FED) İdarə Heyəti üzvü Liza Kuk haqqında cinayət araşdırmasına başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, ABŞ Ədliyyə Nazirliyi Kukun ipoteka müraciətlərində həqiqətən də yanlış məlumat verib-verməməsini yoxlamaq üçün bir sıra çağırış vərəqələri təqdim edib.

Chosen
187
teleqraf.com

1Sources