EN

Azərbaycan və Türkiyənin energetika nazirləri “SOCAR Türkiyə”nin Əliağadakı istehsal müəssisələrində olublar  

Azərbaycan–Türkiyə IV Enerji Forumu çərçivəsində İzmirdə səfərdə olan Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar “SOCAR Türkiyə”nin Əliağadakı “STAR” neft emalı zavodu və “Petkim” neft-kimya zavodlarına baş çəkiblər.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “SOCAR Türkiyə”nin Azərbaycan və Türkiyə iqtisadiyyatları üçün strateji əhəmiyyət daşıyan istehsal müəssisələrinə baxış keçirilib. İzmirdəki Əliağa layihələrinin Azərbaycan-Türkiyə enerji tərəfdaşlığının, xüsusilə Azərbaycanın Türkiyədəki 18 milyard dollardan çox enerji sərmayələrinin əhəmiyyətli hissəsini təşkil etdiyi vurğulanıb. “Petkim”in 60 illik təcrübəsinin ölkəmiz və sənaye sektoru üçün əhəmiyyətinə toxunulub, illik 13 milyon ton xam neft emalı gücünə malik “STAR” NEZ-in strateji faydalarından bəhs edilib. SOCAR-ın Türkiyədəki yeni investisiya planları barədə məlumat verilib.

“SOCAR Türkiyə”nin ilk “Xüsusi Sənaye Bölgəsi” statusuna sahib kompleksinə edilən səfərdə, hər iki ölkənin nazirləri ilə yanaşı, Azərbaycan və Türkiyədən dövlət rəsmiləri də iştirak ediblər.

Chosen
36
8
azerbaijan-news.az

9Sources