AZ

SOCAR-ın Türkiyədəki yeni investisiya planları müzakirə edildi (FOTO)

Bakı. Trend:

“Azərbaycan–Türkiyə IV Enerji Forumu” çərçivəsində İzmirdəsəfərdə olan Azərbaycanın energetika naziri Pərviz Şahbazov vəTürkiyənin energetika və təbii sərvətlər naziri Alparslan BayraktarSOCAR Türkiyənin Əliağadakı “STAR” Neft Emalı Zavodu və “Petkim”neft-kimya zavodlarına baş çəkiblər.

Energetika Nazirliyindən Trend-ə bildirilib ki, SOCAR Türkiyənin Azərbaycan vəTürkiyə iqtisadiyyatları üçün strateji əhəmiyyət daşıyan istehsalmüəssisələrinə baxış keçirilib.

İzmir-Əliağa layihələrinin Azərbaycan-Türkiyə enerjitərəfdaşlığının, xüsusilə Azərbaycanın Türkiyədəki 18 milyarddollardan çox enerji sərmayələrinin əhəmiyyətli hissəsini təşkiletdiyi vurğulanıb. “Petkim”in 60 illik təcrübəsinin ölkəmiz vəsənaye sektoru üçün əhəmiyyətinə toxunulub, illik 13 milyon ton xamneft emalı gücünə malik “STAR” NEZ-in strateji faydalarından bəhsedilib. SOCAR-ın Türkiyədəki yeni investisiya planları barədəməlumat verilib.

SOCAR Türkiyənin ilk “Xüsusi Sənaye Bölgəsi” statusuna sahibkompleksinə edilən səfərdə, hər iki ölkənin nazirləri ilə yanaşıAzərbaycan və Türkiyədən dövlət rəsmiləri də iştirak ediblər.

SOCAR-ın
SOCAR-ın
SOCAR-ın
Seçilən
41
8
az.trend.az

9Mənbələr