EN

Jonatan İkone “Fiorentina”nı “Paris”ə dəyişdi

İtaliyanın “Fiorentina” klubunun hücumameyilli yarımmüdafiəçisi Jonatan İkone bundan sonra “Paris”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə Fransa klubunun rəsmi saytına istinadən xəbər verir.

Liqa 1 təmsilçisi bu transfer üçün “Fiorentina”ya 2 milyon avro ödəyib. 27 yaşlı futbolçu yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.

Jonatan İkone Fransa nəhəngi PSJ_nin yetirməsidir. O, “Monpelye”, “Lill”, “Komo” kimi klubların da formasını geyinib. “Fiorentina” onu 2021-ci ildə 14 milyon avroya transfer etmişdi.

İkone klub karyerası ərzində 377 oyun keçirib, 44 qol və 43 məhsuldar ötürmə müəllifi olub. Fransanın aşağı yaş qrupları üzrə yığmalarında da oynamış futbolçu 2019-cu ildə debüt etdiyi əsas millidə 4 oyuna 1 qol vurub.

“Fiorentina” hücumçusu Moyze Ken ilə yeni müqavilə bağladığını da açıqlayıb. Tərəflər arasındakı yeni sözləşmənin müddəti 2029-cu ilin 30 iyununa qədərdir.

Xatırladaq ki, peşəkar karyerasına “Yuventus”da başlamış Moyse Ken “Verona”, “Everton”, PSJ kimi klublarda da çıxış edib. 2024-cü ildən “Fiorentina”da forma geyinən italiyalı forvard bu komandanın heyətində 44 oyuna 25 qol vurmaqla bombardir olub. 25 yaşlı forvard yeni mövsümə də 2 məhsuldar ötürmə ilə start verib.

İtaliyanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış Moyze Ken 2018-ci ildən əsas millidə çıxış edir. O, İtaliya millisində 21 oyuna 7 qol vurub.

Chosen
100
arena.az

1Sources