Slovakiyanın paytaxtı Bratislavada cüdo üzrə gənclər arasında Avropa çempionatı keçirilir.
Operativ Media xəbər verir ki, Azərbaycanı 66 kq çəki dərəcəsində təmsil edən Nizami İmranov bürünc medal qazanıb.
O, həlledici görüşdə İsrail təmsilçisi Şalev Kohenə (İsrail) qalib gələrək medalçılar sırasına düşüb.
Qeyd edək ki, bu gün iki cüdoçumuz, Nihad Məmişov və Məhəmməd Musayev qızıl medal qazanıb.