AZ

Azərbaycanın daha bir gənc cüdoçusu Avropa çempionu oldu

Slovakiyanın paytaxtı Bratislavada cüdo üzrə gənclər arasında Avropa çempionatı keçirilir.

Operativ Media xəbər verir ki, Azərbaycanı 66 kq çəki dərəcəsində təmsil edən Məhəmməd Musayev qızıl medal qazanıb.

O, finalda Fransa təmsilçisi Aleksis Renara ipponla qalib gələrək Avropa çempionu adına yiyələnib.

Qeyd edək ki, bu gün daha bir cüdoçumuz, Nihad Məmişov da qızıl medal qazanıb.

Seçilən
125
1
operativmedia.az

3Mənbələr