EN

Masallı sakininin şəxsiyyət vəsiqəsi deaktiv edilib, pensiyası kəsilibVİDEO

Masallı sakininin 51 yaşından aldığı pensiya 17 il sonra kəsilib.

"Xəzər Xəbər"in vatsap qaynar xəttinə müraciət edən Masallı rayon sakini, 68 yaşlı Xoşqədəm Qənbərova çətin vəziyyətə düşdüyünü bildirib.

Xezerxeber.az-ın məlumatına görə, o deyib ki, 51 yaşından etibarən aldığı pensiyası bu ilin avqust ayından dayandırılıb. Aidiyyəti qurumlardan öyrənəndə isə bildirilib ki, buna səbəb qeydiyyat yerinin olmamasıdır.

Xoşqədəm Qənbərovanın sözlərinə görə, o, 20 ildir mərhum qardaşına məxsus evdə yaşayır. Ancaq həmin evin də çıxarışı yoxdur.

Xoşqədəm Qənbərovanın üzləşdiyi vəziyyətlə bağlı Dövlət Sosial Müdafiə Fonduna sorğu ünvanladıq.

Fonddan bildirildi ki, qadının qeydiyyat ünvanı olmadığı üçün şəxsiyyət vəsiqəsi deaktiv edilib.

Məslə ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan isə bildirildi ki, mövcud qanunvericiliyə əsasən, şəxsiyyət vəsiqəsinin etibarlı hesab olunması üçün vətəndaşın yaşayış yeri üzrə daimi qeydiyyatda olması zəruridir. İndiki halda isə vətəndaş yaşadığı ünvandan qeydiyyatdan çıxarıldığına görə onun şəxsiyyət vəsiqəsi deaktiv edilib. O da qeyd edildi ki, yeni şəxsiyyət vəsiqəsi əldə etmək üçün vətəndaş hüquqi əsaslı özünə məxsus olan mənzildə və ya mülkiyyətçinin razılığı əsasında hər-hansı digər mənzildə qeydiyyata düşərək müraciət edə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
101
xezerxeber.az

1Sources