EN

Azərbaycanın gənc cüdoçusu Avropa çempionu oldu

Slovakiyanın paytaxtı Bratislavada cüdo üzrə gənclər arasında Avropa çempionatı keçirilir.

Operativ Media xəbər verir ki, Azərbaycanı 60 kq çəki dərəcəsində təmsil edən Nihad Məmişov qızıl medal qazanıb.

O, finalda İtaliya təmsilçisi Françesko Sampino üzərində qələbə qazanaraq Avropa çempionu adına yiyələnib 

Chosen
146
1
operativmedia.az

3Sources