EN

Azərbaycan-NATO tərəfdaşlığı müzakirə edilib

Bakı. TurkicWorld:

NATO mənzil-qərargahında Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə ilə NATO-nun Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Draqone arasında görüş keçirilib.

Nümayəndəlikdən TurkicWorld-a verilən məlumata görə, görüşdə “Sülh naminə tərəfdaşlıq” (SNT) proqramı çərçivəsində Azərbaycan-NATO tərəfdaşlığı və gələcək perspektivləri müzakirə edilib.

Qarşı tərəf Azərbaycanın NATO-nun etibarlı tərəfdaşı olduğunu bir daha vurğulayıb, ölkəmizin Alyansın rəhbərlik etdiyi sülhə dəstək əməliyyatlarına töhfəsini, eləcə də, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolunu yüksək qiymətləndirib.

Chosen
32
9
turkic.world

10Sources