EN

Çayda baş verən qayıq qəzası nəticəsində azı 32 nəfər ölüb

Ajans.az BBC-ə istinadən xəbər verir ki, qayıqda təxminən 100 sərnişin – qadınlar və uşaqlar da daxil olmaqla – olub. Onlar yaxınlıqdakı kəndə yas mərasimində iştirak üçün gedirdilər. Milli Fövqəladə Halların İdarə Olunması Agentliyinin (NEMA) sözçüsü Abdullahi Baba Ara bildirib ki, 50-dən çox şəxs xilas edilib, 8 nəfər isə hələ də itkin düşüb. Axtarış-xilasetmə işləri davam etdirilir. Ara qeyd edib ki, qəza ehtimal ki, qayıq həddindən artıq yükləndiyi və xilasedici jiletlərdən istifadə edilmədiyi üçün baş verib. Hökumət bu kimi halların qarşısını almaq məqsədilə “su marşalları” komandası yaradıb, lakin həmin anda marşalların vəzifədə olmadığı bildirilir. Hadisə yerində olan yerli rəhbər Sa'adu İnuwa Muhammad “Reuters” agentliyinə bildirib ki, hadisə yerindən 31 cəsəd çıxarılıb və qəza baş verən qayıq da tapılaraq sudan çıxarılıb. Qeyd edək ki, Nigeriyada bu cür qəzalara tez-tez rast gəlinir. Əsas səbəblər arasında həddindən artıq yüklənmə, zəif nəzarət və təhlükəsizlik tədbirlərinin yetərsizliyi göstərilir.

 

Chosen
71
Ajans.az

1Sources