1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Artıq bir neçə gündür Ermənistanın ən böyük nəqliyyat şirkətlərindən biri olan "Spayka"nın 100-dən çox yük maşını Rusiyaya daxil ola bilmir".
Oxu.Az-ın xəbərinə görə, bu barədə Ermənistanın "Hraparak" qəzeti yazı dərc edib.
Bildirilib ki, Rusiya hüquq-mühafizə orqanları heç bir izahat vermədən yük maşınlarını dayandırıblar. Ermənistanın müvafiq orqanları bəyan ediblər ki, Rusiya tərəfdən yükün keyfiyyətində problemlər olduğuna dair hər hansı siqnal almayıblar.
Qeyd edilib ki, Moskvanın bu addımlarının siyasi məna daşıya biləcəyi istisna edilmir.
Son zamanlar "Spayka"nın direktoru ABŞ-nin Ermənistandakı səfiri ilə mütəmadi olaraq görüşlər keçirib və bu görüşlər yerli KİV-də geniş işıqlandırılıb.
Nəşr hesab edir ki, təxminən iki həftə əvvəl baş tutan sonuncu görüş Rusiya tərəfinin narazılığına səbəb olub.
Yük maşınlarının bloklanması təkcə şirkətə deyil, həmçinin Ermənistanın kənd təsərrüfatı istehsalçılarına da ciddi zərbə vura, ixrac istiqamətində ciddi problemlər yarada bilər.