EN

"Sabah"ın futbolçusu Özbəkistan millisində qol vurdu

style='margin-bottom:10px;'>

“Sabah”ın yarımmüdafiəçisi Umarali Raxmonaliyevin də formasını geyindiyi Özbəkistanın U-23 millisi Asiya kubokunun seçmə mərhələsində Şri-Lanka ilə üz-üzə gəlib.

QOL.az xəbər verir ki, oyunda Özbəkistan yığması 4:0 hesablı qələbə qazanıb. Umarali Raxmonaliyev də bu görüşün iştirakçısı olub.

Komandasının qollarından birini də Raxmonaliyev vurub. 22 yaşlı yarımmüdafiəçi 38-ci dəqiqədə fərqlənib.

Qeyd edək ki, Umarali Raxmonaliyev bu ilin yanvar ayından "Sabah"ın formasını geyinir.

Chosen
87
1
teleqraf.com

2Sources