AZ

"Sabah"ın futbolçusu Özbəkistan millisində qol vurdu

“Sabah”ın yarımmüdafiəçisi Umarali Raxmonaliyevin də formasını geydiyi Özbəkistanın U-23 millisi Asiya kubokunun seçmə mərhələsində Şri-Lanka ilə üz-üzə gəlib.

"Football-plus.az" xəbər verir ki, oyunda Özbəkistan yığması 4:0 hesablı qələbə qazanıb. Umarali Raxmonaliyev də bu görüşün iştirakçısı olub. Komandasının qollarından birini də Raxmonaliyev vurub. 22 yaşlı yarımmüdafiəçi 38-ci dəqiqədə fərqlənib.

Xatırladaq ki, Umarali bu ilin yanvarından "Sabah"ın formasını geyir.

Seçilən
63
1
football-plus.az

2Mənbələr