Himayəsində olan 14 yaşlı bacısı oğluna işgəncələr verərək xəsarətlər yetirdiyinə görə saxlanılan Günay Novruzova barəsində həbs-qətimkan tədbiri seçilib.
“Qafqazinfo”nun É™ldÉ™ etdiyi mÉ™lumata görÉ™, Sabunçu Rayon MÉ™hkÉ™mÉ™sinin qÉ™rarı ilÉ™ onun barÉ™sindÉ™ istintaq müddÉ™ti üçün 3 aylıq hÉ™bs qÉ™rarı qÉ™bul edilib.
Qeyd edək ki, qəyyumu tərəfindən zorakılığa məruz qalan uşaqla bağlı prosessual tədbirlər DİN-in nəzarətinə götürülüb. Belə ki, fakta görə Sabunçu RPİ-də Cinayət Məcəlləsinin əzab vermə maddəsi ilə cinayət işi başlanılıb.
Xatırladaq ki, 14 yaşlı yeniyetmə valideynlərini itirib. Ona xalası tərəfindən işgəncə verildiyi iddia olunub. Yeniyetmə artıq səhiyyə müəssisəsinə yerləşdirilib.