AZ

14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi

14

Himayəsində olan 14 yaşlı bacısı oğluna işgəncələr verərək xəsarətlər yetirdiyinə görə saxlanılan Günay Novruzova barəsində həbs-qətimkan tədbiri seçilib.Ulusum.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Sabunçu Rayon Məhkəməsinin qərarı ilə onun barəsində istintaq müddəti üçün 3 aylıq həbs qərarı qəbul edilib.Qeyd edək ki, qəyyumu tərəfindən zorakılığa məruz qalan uşaqla bağlı prosessual tədbirlər DİN-in nəzarətinə götürülüb. Belə ki, fakta görə Sabunçu RPİ-də Cinayət Məcəlləsinin əzab vermə maddəsi ilə cinayət işi başlanılıb.Xatırladaq ki, 14 yaşlı yeniyetmə valideynlərini itirib. Ona xalası tərəfindən işgəncə verildiyi iddia olunub. Yeniyetmə artıq səhiyyə müəssisəsinə yerləşdirilib.

Diqqət Çəkənlər

“Gənc qadın məhkumlarla iş” layihəsi həyata keçirildi - FOTO

Çaytikanlı və zəncəfilli “soyuqdəymə qalxanı” resepti

Qadınların “TikTok” və “Instagram” hesablarını sındıran şəxs saxlanıldı - VİDEO

Seçilən
12
35
ulusum.az

10Mənbələr